Qazax rayonu ərazisində Ermənistanla Azərbaycan arasındakı sərhəddə dayanan rus əsgərləri Azərbaycanla sərhəddən çıxacaq.
Ölkə.Az xəbər verir ki, bununla da Ermənistanın Tavuş bölgəsində yerləşən rus hərbi bazası həmin rərazini tərk edəcək.
Tavuşda sərhədi tərk edən rus sərhədçilərini erməni sərhədçiləri əvəzləyəcək.
Rus sərhədçilərinin Azərbaycan sərhədindən geri çəkilməsinin təfərrüatını açıqlayan Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Bakı ilə birbaşa danışıqlar nəticəsində buna nail olunub.
"Rusiya bazaları Tavuş bölgəsində müəyyən zəruri səbəblərdən orada idi, indi isə vəziyyət ciddi dəyişib. Sərhəd Ermənistan sərhədçilərinə təhvil veriləcək. Bununla da bizim cəbhə xəttimiz yox, sərhədimiz olacaq”, - Paşinyan bildirib.
Paşinyan əmindir ki, Ermənistan və Azərbaycan sərhədçiləri əməkdaşlıq edə biləcəklər.
Mürtəza
Ölkə.Az