- 0
ENDİRİLİR
ENDİRİLİR
İran məhkəməsi devrilmiş Pəhləvi rejimi dövründə saxlanılan ondan çox siyasi məhbusun iddiası əsasında ABŞ hökumətini 1,9 milyard dollardan çox təzminat ödəmək barədə qərar çıxarıb.
Ölkə.Az IRNA-ya istinadən xəbər verir ki, beynəlxalq işlərə baxan Tehran İctimai və Hüquq Məhkəməsinin 55-ci şöbəsi 1979-cu il İslam İnqilabından əvvəl həbs edilmiş 15 siyasi məhbusun iddiası ilə bağlı qərarını verib.
Məhkəmə ABŞ hökumətini iddiaçılara şah rejimini dəstəklədiyinə və bədnam kəşfiyyat və təhlükəsizlik agentliyi SAVAK-ın yaradılmasına və genişləndirilməsinə kömək etdiklərinə görə 1.91.840.000 dollar maliyyə, mənəvi və cəza təzminatı ödəmək barədə qərar çıxarıb.
Müvafiq sənədlərə görə, ABŞ hökuməti “şah rejiminin İran xalqına qarşı cinayətlərindən xəbərdar olmasına baxmayaraq, Məhəmməd Rza şah rejiminə SAVAK yaratmağı təklif edib”.