Barbados İsraillə münasibətlərini qoruyub saxlayaraq Fələstini müstəqil dövlət kimi tanımağa hazırdır.
“Ölkə.az” "Report"a istinadən xəbər verir ki, bunu Karib hövzəsindəki ada dövlətinin xarici işlər və xarici ticarət naziri Kerri Simmonds söyləyib.
Onun sözlərinə görə, Barbados “BMT-də həmişə iki dövlət əsasında həlldən yana olub”: “Barbados dünyaya iki dövlətli həll görmək istədiyimizi söyləsə də, Barbados özü heç vaxt Fələstin Dövlətini tanımayıb. Beləliklə, uyğunsuzluq və ardıcılsızlıq”.
XİN başçısı qeyd edib ki, Fələstinin tanınması ilə bağlı müraciət indi kabinetdə “uzun illərdir edilən səhvi” düzəltmək üçün nəzərdən keçirilir.