Ukraynanın silahlı qüvvələrinin itkilərini əvəz etmək üçün səfərbərlik haqqında sərt qanun qəbul etməsi NATO ölkələrinin Kiyevə yeni silah tədarükü üçün şərt olub.
"Ölkə.az" xəbər verir ki, bu Brüsseldəki diplomatik mənbənin TASS-a verdiyi məlumat əks olunur.
“Ukraynada səfərbərlik haqqında yeni sərt qanunun qəbulu NATO ölkələrindən yeni silah təchizatı üçün şərt idi. Silahların verilməsi o halda məqsədəuyğundur ki, bu silahlardan müdafiə və ya hücum əməliyyatlarında istifadə edə biləcək xeyli sayda təlim keçmiş hərbi personal olsun və itkilər vaxtında ödənilsin ki, bu da yeni əsgərlərin fəal şəkildə cəlb olunmasını tələb edir”, - diplomat qeyd edib.