Donald Tramp ABŞ-ın Ukraynaya yardımı məsələsinə neqativ yanaşmağı son bir neçə gündür ki, dayandırıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri yazıb.
“Cənab Tramp faktiki olaraq son bir neçə gündə Ukraynaya yardıma qarşı müqavimətin intensivliyini azaltdı və müvafiq qanun layihəsi keçdi. Tramp Nümayəndələr Palatasının spikeri Mayk Consona dəstək verdi və aprelin 20-də seçki günündə Respublikaçılara qanun layihəsinin əleyhinə səs vermələri üçün təzyiq göstərməkdən imtina edərək kölgədə qaldı”, - nəşr bildirib.