• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Avropa Rusiyanın aktivlərini müsadirə etməkdən çəkinir



Avropa rəsmiləri həm investorları avroya inamının azalacağından, eləcə də Moskvadan cavab tədbirləri görəcəyindən ehtiyat edərək Rusiyanın aktivlərini müsadirə etməkdən çəkinirlər.

Axar.az xəbər verir ki, bu barədə "Vaşinqton Post" məlumat yayıb.

"Avropa ABŞ-ın riskli hesab etdiyi hərəkətlərdə israr etməsindən narazıdır, çünki Rusiya aktivlərinin əksəriyyəti Avropadadır və Rusiyanın cavab tədbirləri ilk növbədə ona təsir edəcək",- məlumatda deyilir.

ABŞ Maliyyə Nazirliyindəki mənbə isə bildirib ki, Qərb dondurulmuş rus aktivlərini Ukraynanın maliyyələşdirilməsi üçün orta və uzunmüddətli həll yolu kimi görür:

"Ancaq bunu necə etmək barədə konsensus yoxdur".

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
1.6904458999634