“Ukraynanın Hərbi Dəniz Qüvvələrinin Sevastopolda fəaliyyəti nəticəsində Rusiyanın “Kommuna” gəmisi yanıb”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletençuk məlumat yayıb.
“İlkin məlumata görə, gəmi artıq tapşırıqları yerinə yetirməyə hazır deyil”, - deyə o bildirib.
Pletençukun sözlərinə görə, gəmi hərbi təyinatlı deyil və Rusiya donanmasının ən qədim gəmisi sayılır.