• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Raymond Pauls: “Alla ilə bağlı hər şey keçmişdə qalıb”



87 yaşlı latviyalı bəstəkar, pianoçu, SSRİ xalq artisti Raymond Pauls aif.ru saytına verdiyi eksklüziv müsahibəsində son illərdə Alla Borisovna ilə niyə ünsiyyət qurmadıqlarını izah edib.

Musavat.com adı çəkilən sayta istinadla xəbər verir ki, Paulsun sözlərinə görə, onların başı “keçmişlə deyil, gələcəklə məşğul olduğundan” əvvəllər olduğu kimi, artıq nə yaradıcılıq, nə də dostluq əlaqələri saxlamırlar. Bəstəkar müğənni Layma Vaykuledən Alla Puqaçova və Maksim Qalkinin də mütəmadi olaraq gəldiyi Yurmalada keçirilən “Randevu” festivalında iştirak etmək təklifi aldığını, lakin bundan imtina etdiyini bildirib.

"Alla ilə bağlı hər şey keçmişdə qalıb. Onunla danışacaq heç nəyimiz yoxdur artıq. Bu gün tamam başqa həyatım var. Amma keçmişi xatırlamaq mənə maraqlı deyil”, - məşhur bəstəkar deyib.

R.Pauls əlavə edib ki, onun üçün yaradıcılıq və gənc istedadlı musiqiçilər ilə işləmək Puqaçova, Qalkin və Vaykule ilə görüşlərdən qat-qat maraqlıdır, çünki o, hələ də “sıradadır” və “gələcəyə baxır”.

"Mənim hər cür axmaq məclislərə vaxtım yoxdur, çünki çox işləyirəm. Konsert verirəm, pianoda çalıram, yeni melodiyalar yazıram. Müəllimliyim də var. Bu, çox vaxt aparır. Mən gənclərə dərs deyirəm, gənc ifaçılarla bərabər ifalar edirəm və onlara yaxşı bir şey öyrətməyə çalışıram. Bu gün sovet dövründən fərqli olaraq heç kim nə edəcəyini bilmir. Biz gənclərə sözün əsl mənasında hər şeyi öyrətməliyik. Mən belə yaşayıram. Çalışdığım musiqiçilərin müəyyən uğurları olanda sevinirəm”.

Xatırladaq ki, aprel ayında SSRİ xalq artisti Alla Puqaçova 75 yaşını qeyd edib. O, 1949-cu ildə Moskvada anadan olub. Ukrayna müharibəsinin başlaması ilə müğənni əri Maksim Qalkin və iki övladı ilə birlikdə Rusiyanı tərk edərək İsraildə məskunlaşıb. Bu yaxınlarda bir videoda Alla Borisovna Rusiya haqqında deyib ki, "normal insanlar ora qayıtmayacaqlar".

Bundan əvvəl Raymond Pauls Alla Puqaçova ilə münaqişədən danışıb. Raymond Pauls onu da bildirib ki, Alla Puqaçova həmişə lazım olan şəxslə dostluq etməyi, düzgün əlaqələr qurmağı bilirdi.

Onu da qeyd edək ki, heç bir bəstəkar Alla Puqaçova üçün Raymond Pauls qədər hit yazmayıb - onun çiçəklənən karyerası məhz onunla bağlıdır. Alla Borisovna maestronun yazdığı onlarla mahnını ifa edib. Həmin hitlərin yazıldığı vaxt Raymond Paulsla Alla Puqaçova arasında seçgi münasibətlərinin olduğu barədə söz-söhbət yayılmışdı.

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
2.3280510902405