İsrail Hərbi Kəşfiyyatının rəisi, general-mayor Aharon Haliva oktyabrın 7-də baş verən hücumlara səbəb olan uğursuzluğa görə istefa vermək qərarına gəlib.
Ölkə.Az xəbər verir ki, İsrail ordusundan verilən açıqlamaya görə, general-mayor Haliva istefa məktubunu Baş Qərargah rəisi Herzi Haleviyə təqdim edib.
Haliva istefa məktubunda qeyd edib ki, rəhbərlik etdiyim kəşfiyyat birliyi öz missiyasını yerinə yetirə bilmədi: "Müharibənin ağrısını əbədi olaraq daşıyacağam. İndi məsuliyyəti boynuma götürmək və vəzifəmi bitirmək istəyirəm".
Halivanın istefasının nə vaxt qüvvəyə minəcəyi hələlik məlum deyil, çünki onun İsrail ordusunda əvəzlənməsi müəyyən edilməlidir.
Haliva 7 oktyabr hücumlarından sonra uğursuzluğunu qəbul edən və istefaya qərar verən ilk yüksək səviyyəli hərbçi oldu.
Mürtəza
Ölkə.Az