ABŞ Ukraynaya 1 milyard dollar dəyərində yeni hərbi yardım paketi hazırlayır.
“Ölkə.az” xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.
Nəşrin məlumatına görə, bu hərbi yardım paketi Ukrayna və İsraillə bağlı qanun layihəsi hesabına maliyyələşdiriləcək.
Qeyd edək ki, ABŞ lideri Co Bayden ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı ölkənin Silahlı Qüvvələrinə 61 milyard dollarlıq yeni yardım paketinin bir hissəsi olaraq tez bir zamanda silah göndərəcəyini vəd edib.