• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı



İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.

"Ölkə.az" xəbər verir ki, buna “MSC Aries” kommersiya gəmisinin İran hakimiyyəti tərəfindən saxlanılması səbəb olub.

Bu barədə Estoniya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
Bildirilir ki, diplomatdan aprelin 13-də Hörmüz boğazında ələ keçirilən gəmidə olan Estoniya rezidentinin azad edilməsi tələb olunub.

Qeyd edilib ki, Estoniya Xarici İşlər Nazirliyi saxlanılan gəminin göyərtəsindəki vəziyyəti izləyir, heyətlə əlaqə saxlayır, estoniyalı diplomatlar isə vəziyyətin həlli üçün bütün səylərini göstərirlər.

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.024395942687988