• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib



İsveç gömrüyü ölkə tarixində ən böyük kokain müsadirələrindən birini həyata keçirərək ötən həftə Stokholm yaxınlığındakı limanda 1,4 tona yaxın narkotik maddəni müsadirə edib.

"Ölkə.az" xəbər verir ki, gömrük nümayəndəsi Stefan Qranat narkotiklərin Nyuneshamn limanında konteynerdə aşkarlandığını bildirib. Onun daşınmasında əli olmaqda şübhəli bilinən 6 nəfər həbs edilib.

“Əgər bu, düşündüyümüz qədər böyük tutumdursa, deməli, ölkə tarixindəki ən böyük müsadirə proseslərindən biridir” – o deyib və əlavə edib ki, aşkarlanan narkotikin miqdarı ilə bağlı hələ də dəqiq rəqəm gözləyirlər.

Qranatın sözlərinə görə, narkotiklər, güman ki, Avropa bazarı üçün nəzərdə tutulub və İsveç yalnız tranzit ölkə olub.

İsveç gömrüyü tərəfindən ələ keçirilən kokainin həcmi 2022-ci ildə pik həddə çatıb, rəsmi rəqəmlərə görə bu, 822 kq təşkil edib. Bu, 2018-ci ildə qeydə alınan əvvəlki rekorddan 300 kq-dan da çox artıqdır.

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.023576021194458