Ermənistanın baş naziri Nikol Paşinyan 1915-ci il “erməni soyqırımı”nın travmasını aradan qaldırmağın və itirilmiş vətən axtarışlarını dayandırmağın vacibliyini bəyan edib.
Ölkə.Az xəbər verir ki, o, müraciətində “mets egern” (“böyük qırğın”) ifadəsini işlədən Ermənistanın ilk lideri olub.
Bundan əlavə, Paşinyanın həyat yoldaşı Anna Akopyan memoriala gül dəstəsi qoyarkən “Nikol satqındır”, “Nikol torpaq alverçisidir”, “Nikol türkdür” şüarları ilə qarşılanıb.
Jurnalistlər baş nazirin xanımı ilə rabitə qurmağa çalışsalar da, təhlükəsizlik əməkdaşları onlara yaxınlaşmağa imkan verməyib. Kadrlarda Akopyanın kiçik qızını sakitləşdirdiyi əks olunub.
Mühafizəçinin getmək təklifindən imtina edib və yalnız çiçək qoyduqdan sonra abidəni tərk edəcəyini açıqlayıb. O, yalnız polisin müdaxiləsindən sonra əbədi məşəl önünə gül dəstələri qoya bilib.
Maraqlıdır ki, Akopyan etirazçılara ironik baxışları ilə diqqət çəkib. Hətta bununla bağlı artıq “sizin şüarınız vecimə də deyil” keps də hazırlanıb.
Serj Sarqsyan isə Paşinyanı qınayan bəyanatla çıxış edərək onu qondarma soyqırımını unutdurmağa çalışmaqda ittiham edib. Bundan əlavə, eks prezident fürsətdən istifadə edərək insanları baş nazirə qarşı çıxmağa səsləyib. Lakin etirazçılar Sarqsyanın imicinin kirlənmiş olduğuna işarə ediblər və onun hadisələrdən istifadə etmək niyyətində olduğunu bildiriblər.
Miri
Ölkə.Az