ABŞ Dövlət Departamenti və Freedom House hüquq müdafiə təşkilatının tənqidləri Qərbin uzunmüddətli perspektivdə Paşinyanın hakimiyyətini etibarlı hesab etmədiyini göstərir.
Ölkə.Az xəbər verir ki, bunu Ermənistanın Dövlət Gəlirləri Komitəsinin keçmiş rəhbəri David Ananyan deyib.
"Qərb açıq şəkildə bildirdi ki, mövcud rejim maksimum 2026-cı ilə qədər – növbəti parlament seçkilərinə qədər hakimiyyətdə qala bilər", - Ananyan bildirib.
Onun sözlərinə görə, bununla Qərb bəyan edir ki, Ermənistanda hakimiyyət dəyişikliyinə qarşı deyil.
"Lakin o, demokratik dəyərləri rəhbər tutan, indiki hakimiyyəti dəyişə biləcək lider görmür. Qərb küçə iğtişaşları yolu ilə hakimiyyətin dəyişməsinə qarşıdır, seçki yolu ilə hakimiyyət dəyişikliyinə qarşı deyil", - o qeyd edib.
Ananyan əlavə edib ki, amma Qərb sivil yolla hakimiyyət dəyişikliyini həyata keçirə biləcək qüvvə görmür: "O bunu görsə, hakimiyyəti çox tez növbədənkənar seçkilər təşkil etməyə məcbur edəcək”.
Mürtəza
Ölkə.Az