İsrail Hərbi Hava Qüvvələri (HHQ) ölkənin şimalındakı sərhədyanı bölgələrin atəşə tutulmasından sonra “Hizbullah”ın Livandakı hərbi qanadının hədəflərinə yeni zərbələr endirib.
“Ölkə.az” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Gün ərzində hərbçilər Livan tərəfdən İsrailin şimalına azı 7 mərmi atılması qeydə alınıb. Bunun ardınca bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubundakı Alma əş-Şaab kəndi ərazisində “Hizbullah”ın hərbi obyektinə və Kfar Şuba yüksəkliyində bir neçə atəş nöqtəsinə və bir sıra digər obyektlərə zərbələr endirib”, - ordudan verilən məlumatda deyilir.