Çinin Qərbi Sincan əyalətindən olan mədənçilər qrupu 27 il əvvəl zəlzələ nəticəsində çökən köhnə mədənin bir hissəsində qazıntı işləri apararkən inanılmaz sürprizlə qarşılaşıblar.
"Ölkə.az" xəbər verir ki, onlar 1997-ci ildə baş vermiş hadisədən sonra tıxanmış şaxtada qalan 59 yaşlı sağ mədənçi ilə rastlaşıblar.
Mədənçi taqətdən düşmüş vəziyyətə olub. O, fiziki və psixi vəziyyətinin tam qiymətləndirilməsi üçün dərhal xəstəxanaya aparılıb.
Zhanq, mədəndə havalandırma kanallarının olması səbəbindən sağ qala bilib.
O, yeraltı anbarda saxlanılan və belə bir hadisələr üçün xüsusi olaraq təmin edilən düyü və su təchizatı sayəsində sağ qalmağı bacarıb.
Çinli həmçinin mədəndə yaşayan siçovulları tutub yeyib. Onun vitamin mənbəyini təşkil edən çoxlu miqdarda fosforlu orqanizmlər toplayıb.(Publika.az)