• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Yunanıstan “Crotale” HHM sistemlərini  bu ölkəyə verə bilər



Yunanıstan, müttəfiqləri xahiş edərsə, 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarının keçiriləcəyi obyektləri qorumaq üçün “Crotale” hava hücumundan müdafiə (HHM) sisteminin batareyasını Fransaya verə bilər.

“Ölkə.az” xəbər verir ki, bu barədə jurnalistlərə brifinqdə Yunanıstan hökumətinin rəsmi nümayəndəsi Pavlos Marinakis bildirib.

Ondan Afinanın qarşıdan gələn Olimpiya Oyunları zamanı Paris üzərindəki hava məkanını qorumaq üçün “Crotale” hava hücumundan müdafiə sistemlərinin batareyasının Fransaya ötürülüb-ötürülməyəcəyi soruşulub.

“Müttəfiqlərimiz müəyyən müddət ərzində, məsələn, ölkənin müdafiə qabiliyyətinə heç bir şəkildə təsir etməyəcək Olimpiya Oyunları ilə bağlı konkret yardım istəsələr, bu yerinə yetiriləcək, amma hər bir halda tərəflər arasında koordinasiya və razılıq əsasında iş görüləcək. Ancaq bir daha deyirik ki, məhdud zaman kəsiyində bunu edə bilərik. Əlavə məlumat olarsa, sizə məlumat veriləcək”, - P.Marinakis cavabında deyib.

“Kathimerini” qəzeti Fransa hökumətinin Afinaya rəsmi olaraq “Crotale” qısamənzilli hava hücumundan müdafiə sistemini Parisdə keçiriləcək Olimpiya Oyunları zamanı istifadə etmək üçün Yunanıstan Hərbi Hava Qüvvələrinə vermək üçün sorğu göndərib. Məlumatlı mənbələrin bildirdiyinə görə, Fransa Ukraynanı zenit sistemləri ilə təmin etmək niyyətində olduğunu, bu səbəbdən olimpiada zamanı mühüm infrastrukturu hava hücumundan müdafiə ilə təmin etmək üçün müttəfiqlərinin köməyinə ehtiyac olduğunu düşünür.

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.58684015274048