ABŞ-nin Tennessi ştatında qanunvericilər ştatda müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verən qanun layihəsini qəbul ediblər.
Ölkə.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Müəllimlərə silah gəzdirməyə icazə verilsə də, lakin silah gizlədilməlidir. Bu qərar ictimaiyyətin narazılığına və hiddətinə səbəb olub.
Qanunun əleyhdarları bunun son dərəcə təhlükəli olduğunu deyirlər.
Bildirirlər ki, müəllim uşaqlara oxumağı və yazmağı öyrədəcəyinə and içir, məktəb divarları arasında polis sistemi yaratmağa yox. Qanun layihəsi respublikaçıların nəzarətində olan ştatın Nümayəndələr Palatası tərəfindən qəbul edilib.
Mürtəza
Ölkə.Az