"Ermənistan Azərbaycandan da qaz ala bilər. Ermənistan üçün enerji resurslarını haradan almağın heç bir fərqi yoxdur".
Ölkə.az xəbər verir ki, bunu erməni deputat Babken Tunyan Azərbaycandan qaz alınması ilə bağlı parlamentin sədri Alen Simonyanın bəyanatını şərh edərkən deyib.
O vurğulayıb ki, hazırda heç bir razılaşma və anlaşma yoxdur.
“Ermənistan üçün enerji resurslarını haradan almağın heç bir fərqi yoxdur, indi biz Rusiya qazını mümkün qədər şaxələndirməyə çalışmalıyıq iqtisadiyyatımızın tələbatını tam ödəyir”.
O əlavə edib ki, əgər Ermənistanın başqa mənbələrdən, daha ucuz və sərfəli qiymətə qaz alması lazım və məqsədəuyğundursa, o zaman bu imkanı müzakirə etməliyik.
"Hazırda Rusiyadan qaz alırıq, amma bu qaz kəmərləri kəsildiyi zaman, müəyyən məqamda biz həmin həcmdə qazı Azərbaycandan aldıq. Avropa ölkələri Azərbaycan qazını alır. Bu texniki sualdır. Hazırda İranla yeni qaz kəmərinin çəkilməsi variantı müzakirə olunmur, hazırda buna ehtiyac yoxdur”, - deyə o bildirib.
Mürtəza
Ölkə.Az