• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO



“Aprelin 24-də İran hakimiyyəti yenə bu ölkədə yaşayan ermənilərin qondarma “erməni soyqırımı”nın ildönümünü qeyd etməsinə imkan verib. Başqa sözlə, ermənilərin anti-türk və anti-Azərbaycan fikirlərini ifadə etməsinə şərait yaradıb”.

Bu barədə “Azad İran” “YouTube” kanalında yayımlanan videosüjetdə bəhs edilib.

“1915-ci ildə baş vermiş və guya milyon yarım erməninin öldürülməsi ilə nəticələnmiş qondarma soyqırımının 109-cu ildönümü tədbirləri İranın Tehran və İsfahan kimi böyük şəhərlərində baş tutub. Xatırladaq ki, İran ermənilərinin dini mərkəzləri məhz bu iki şəhərdə yerləşir.

Məsələnin digər diqqətçəkən tərəfi odur ki, İran hakimiyyəti nəinki qeyd olunan tədbirlərin keçirilməsinə icazə verib, üstəlik hökumət mediası həmin tədbirləri geniş şəkildə işıqlandırıb. Belə ki, rəsmi İRNA agentliyi Tehranda baş tutan tədbirdən 25 şəkli ehtiva edən geniş fotosessiya dərc edib. Həmçinin fotoya “Çərşənbə günü axşamçağı Tehran ermənilərinin yeparxiyasında erməni həmvətənlərin bir qrupunun iştirakı ilə 24 aprel erməni soyqırımının 109-cu ildönümü mərasimi keçirilib” kimi şərh verib”, - deyə materialda bildirilib.
“Görmək çətin deyil ki, bu cür təqdimat İranın rəsmi media qurumu tərəfindən qondarma erməni soyqırımının tarixi həqiqət kimi qəbul və təsdiq olunması anlamına gəlir”, - deyə vurğulanıb.

Daha ətraflı videosüjetdə:

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.028470993041992