Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika lideri Co Baydenlə görüşməli olduğu ABŞ-yə səfərini təxirə salıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” Türkiyə rəsmisinə istinadən məlumat yayıb.
“Türkiyə rəsmisi bildirib ki, Ərdoğan və Ağ Ev arasında mayın 9-na planlaşdırılan görüş təxirə salınıb”, - nəşr yazıb.
Qeyd edək ki, mart ayında Türkiyənin “Hürriyet” qəzeti mənbələrə istinadən Ərdoğanın Baydenlə görüşmək niyyəti barədə məlumat yayıb.