İran Suriyadan qoşunlarını çıxardı ki, Bayden ABŞ prezident seçkilərində qalib gəlsin.
Ölkə.Az xəbər verir ki, bu baərəd ərəb qəzeti "Əşərq əl-Əusat" yazıb.
Qeyd edilir ki, İran ABŞ prezidenti Co Baydenin bu ilin noyabrında keçiriləcək prezident seçkilərində qalib gəlməsini təmin etmək üçün Suriyadakı hərbi mövcudluğunu azaldıb.
"İslam Respublikası eks-prezident Trampın və ya başqa bir respublikaçının qələbəsini istəmir. Bu səbəbdən Tehran xüsusi olaraq Baydenin “bölgədə qalib gələ bildiyini” göstərmək istəyir", - mətbu orqan yazır.
Tramp 2015-ci ildə İran ilə 5+1 kimi tanınan ölkələr (ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya) arasında imzalanan nüvə sazişindən 2018-ci ildə çıxıb. Bu ölkəyə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində İranın nüvə proqramına məhdudiyyətlər nəzərdə tuturdu. Həmçinin Trampın prezidentliyi dövründə, 2020-ci ildə İran üçün xüsusi əhəməhiyyətə malik SEPAH-ın keçmiş komandanı Qasim Süleymani aradan götürülüb.