• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

ABŞ-də 36 illik bank iflas etdi



ABŞ-də 36 ildir fəaliyyət göstərən “Republic First Bank” iflas edib.

“Ölkə.Az” xəbər verir ki, ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) Filadelfiyada yerləşən bankın bağlandığını və “Fulton Bank”a satıldığını açıqlayıb.

Bəyanatda bildirilib ki, əmanətçiləri qorumaq üçün “Fulton Bank” bütün əmanətləri və əsas etibarilə bütün aktivləri almağa razılaşıb.

Açıqlamada “Republic First Bank”ın Nyu-Cersi, Pensilvaniya və Nyu-Yorkdakı 32 filialının Fulton Bankın filialı olaraq yenidən açılacağı bildirilib.

ABŞ-də 2024-cü ilin ilk bank iflasının dəyərinin 667 milyon dollar olacağı gözlənilir.

Könül
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.68945288658142