Norveçin Şpitsbergenində turist morjun yatdığı buz parçasının üzərinə çıxıb və bunun üçün 1,1 min dollar cərimə olunub.
“Ölkə.az” xəbər verir ki, bu barədə regionun qubernatorunun saytında məlumat verilib.
Aprelin 24-də Şpitsbergen arxipelaqının Lonqyearbyen kəndində turist dincələn heyvana yaxınlaşıb. Bununla o, heyvanları lazımsız şəkildə narahat etməyi qadağan edən yerli ekoloji qanunu pozub.
Bundan əlavə, hətta kənddə nəqliyyatın hərəkəti elə həyata keçirilməlidir ki, heyvanlar aləminə lüzumsuz narahatlıq yaratmasın.
Arxipelaq polisi xəbərdarlıq edib ki, bu cür hərəkətlər təkcə yerli qanunları pozmur, həm də sakinlərin təhlükəsizliyinə təhlükə yarada bilər.
“BBC” əlavə edib ki, turist Norveçə Polşadan gəlib. O, şəkil çəkdirmək üçün morja yaxınlaşıb. Qeyd edək ki, Svalbarddakı morjlar 1952-ci ildə mühafizə olunur.(Report)