• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Makrondan nüvə silahı ilə bağlı çağırış



Fransa prezidenti Emmanuel Makron nüvə silahı da daxil olmaqla Avropanın müdafiəsinin gələcəyi ilə bağlı müzakirələrə başlamağa çağırıb.

“Ölkə.az ” xəbər verir ki, bu barədə Fransanın BFMTV telekanalı məlumat yayıb.

“Mən nüvə silahlarının mövcudluğunun müzakirəsini ehtiva edən Avropanın müdafiəsi ilə bağlı müzakirənin açılmasının tərəfdarıyam. Gəlin görək bizi həqiqətən nə qoruyur”, - Makron bildirib.

Fransa lideri əlavə edib ki, ölkə öz spesifikliyini saxlayacaq, lakin Avropa torpaqlarının müdafiəsinə daha böyük töhfə verməyə hazırdır.

O vurğulayıb ki, Fransa doktrinası həyati maraqlara təhlükə yarandığı hallarda nüvə silahından istifadəyə icazə verir.

 

 

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.029198884963989