Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası barədə əldə olunan razılaşmalara etiraz edən 20 nəfərə yaxın insan səhər saatlarından etibarən İrəvan-Gümrü yolunu bağlayıb.
"Ölkə.az" xəbər verir ki, polis əməkdaşlarının səylərinə baxmayaraq hələlik ərazidə nəqliyyatın hərəkətini bərpa etmək mümkün olmayıb.
Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan hökumətləri arasında delimitasiya prosesinə Tavuş vilayətindən başlamaq və birgə komissiyanın əsasnaməsi üzərində işi iyulun 1-dək yekunlaşdırmaqla bağlı razılıq əldə edilib.