• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir



Avstraliya Strateji Siyasət İnstitutu (ASPI) Türkiyənin Afrika Buynuzu bölgəsində (Somali, Efiopiya, Eritreya və Cibuti) artan təsirini təhlil edib və bunun Çin üçün narahatlıq doğurduğunu iddia edib.

Ölkə.Az-ın xəbərinə görə, məqalədə bildirilib ki, Türkiyə ilə Somali arasında bu yaxınlarda imzalanmış “Müdafiə və İqtisadi Əməkdaşlıq Çərçivə Sazişi” dünyanın şərq hissəsində müzakirələrə səbəb olub.

"Müqavilə Türkiyənin xarici siyasətindəki daha geniş dəyişikliklərin bir hissəsidir. Əvvəllər o, yaxınlıqdakı regionlara (Yaxın Şərq, Cənubi Qafqaz və Aralıq dənizi) diqqət yetirirdi. Amma indi ölkənin siyasəti Afrika Buynuzunda daha aqressivdir və onun hüdudlarından kənara da yayılır”, - deyə qeyd edilir.

Bildirilir ki, Türkiyə Şərqlə, o cümlədən Yaponiya və Cənubi Koreya kimi heç bir ərazi mübahisəsi olmayan inkişaf etmiş ölkələri ilə daha möhkəm əlaqələr qurur.

“Türklərin bu cür fəaliyyəti çinliləri sevindirmir, çünki Türkiyə onları bölgədə sıxışdıra bilər, buradakı fəaliyyətini getdikcə genişləndirə bilər”, - ASPI yazır.

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.037073850631714