"Hüseyiyyun" hərəkatı və erməni kilsəsi İranın Cənubi Qafqazda təsirinin iki qanadıdır".
Ölkə.Az xəbər verir ki, bunu anti-Azərbaycan mövqeyi ilə tanınan iranlı politoloq Ehsan Movahedyan öz X (tviter) hesabında yazıb.
"Ermənistanda baş verən hadisələr Tehranın təhlükəsizliyinə, iqtisadiyyatına və siyasətinə birbaşa təsir edir. Xristian ruhanilərinin Ermənistanı NATO-nun işğalından və sionizmdən qoruya bilməməsi, İran üçün də arzuolunmazdır, bu bizim (İranın) nəzər nöqtəsində qalmalıdır. Bizim passivliyimiz təhlükəlidir!”, - o bildirib.
"Hüseyniyyun" Azərbaycandan İrana qaçanlardan ibarət və SEPAH-ın dəstəyi ilə yaranan qruplaşmadır.