Rusiya Federasiyasına qarşı sanksiyalarla bağlı uzun müddət neytrallığını qoruyan Çin sanksiyaların məhdudlaşdırılmasına qoşulduğunu etiraf edib.
Ölkə.Az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin müşaviri Van Venbin məlumat verib.
XİN rəsmisi qeyd edib ki, Rusiyanın hərbi-sənaye kompleksi üçün vacib olan malların ixracı dayandırılıb.
Çin istehsalçılarının 2022-ci ilin sonundan bəri ilk dəfə olaraq elektrik avadanlıqları da daxil olmaqla, maşın və maşın avadanlıqlarının birbaşa tədarükünü dayandırıb.
Bu özünü Rusiya ilə Çin arasındakı ticarət dövriyyəsində də göstəməkdədir.
Belə ki, 2024-cü ilin mart ayında belə malların ixracı 15 faiz azalaraq pul vahidi ifadəsində 2,9 milyard ABŞ dolları təşkil edib.
Ümumilikdə cari ilin birinci rübündə Rusiyaya mal ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14,2 faiz azalıb.
Mürtəza
Ölkə.Az