Əfqanıstanın qərbində, Herat əyalətində "İmam Zaman" məscidinə motosikletli silahlı şəxslər atəş açıb.
Ölkə.Az əfqan mediasına istinadən xəbər verir ki, hücum nəticəsində bir qadın və bir uşaq olmaqla 6 nəfər öldürülüb. Məscidin imamı da həlak olub, bir neçə nəfər yaralanıb.
Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Qeyd olunur ki, bu bölgə dəfələrlə İŞİD yaraqlıları tərəfindən hücuma məruz qalıb.
İranın Əfqanıstandakı səfirliyi bu məscidə hücumu pisləyərək İslam Respublikasının Əfqanıstan hökuməti ilə terrorizmlə mübarizədə əməkdaşlığı gücləndirməyə hazır olduğunu bildirib.