2024-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 111,7 milyon manat olub.
"Ölkə.Az"ın məlumatına görə, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 31,1% çoxdur.
Hotel gəlirlərinin 58,5%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 26,9%-i ictimai iaşə xidmətlərindən, 3,6%-i müalicə və sağlamlıq xidmətlərindən, 11%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
2024-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 17,8% səviyyəsində olub (2023-cü ilin yanvar-mart aylarında 13,4%). Bu göstərici Şabranda 45,5%, Qusarda 41,3%, Bakıda 30,6%, Naftalanda 29,8%, Saatlıda 24,8%, Sabirabadda 20,8%, Beyləqanda 20,4%, Ağcabədidə 20,2%, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.