Azərbaycanlı taekvondoçu məhkəməyə verilib.
“Ölkə.Az”ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu Umudov Fəqan Haqverdi oğlu ilə bağlı iddia qaldırıb.
Məhkəmə işinin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - sair öhdəliklər üzrə mübahisələrdir.
İşə hakim Leyla Əliyevanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, mətbuatda F.Umudovun Taekvando Federasiyasında kurator vəzifəsində çalışdığı qeyd olunsa da, həmin vəzifədən ayrılması ilə bağlı hər hansı məlumat yoxdur. Onu da qeyd edək ki, F.Umudovun adı həmçinin 2015-ci ildə 4 avtomobilin toqquşduğu Bilgəh-Nardaran yolundakı ağır qəzanın səbəbkarı kimi çəkilir.
Hazırda Azərbaycan Taekvondo Federasiyasının prezidenti fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.
Könül
Ölkə.Az