Milyarder İlon Maskın sərvəti aprelin son həftəsində 37,3 milyard dollar artıb ki, bu da onun 2022-ci ilin martından bəri ən böyük həftəlik artımı olub.
Ölkə.Az xəbər verir ki, "Bloomberg Billionaires Index"in məlumatına əsasən, Mask sərvətinə görə 202 mlrd dollarla üçüncü yerdədir.
İkinci yerin sahibi "Amazon"un qurucusu Ceff Bezosdur və onun sərvətinin həcmi 203 milyard dollar təşkil edir.
Birinci yerdə "LVMH Moet Hennessy Louis Vuitton" şirkətinin rəhbəri Bernard Arnaultdur və onun sərvəti 217 milyard dollar həcmindədir.
Mürtəza
Ölkə.Az