Ukrayna Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində səhiyyə sahəsində əməkdaşlıq haqqında sazişdən çıxıb.
“Ölkə.az” xəbər verir ki, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçuk deyib.
“Vəziyyətin köklü dəyişməsi ilə əlaqədar Ukrayna səhiyyə sahəsində əməkdaşlıq haqqında 1992-ci il iyunun 26-da Minskdə imzalanmış sazişdən çıxdı”, - o bildirib.
Ukrayna, həmçinin sazişə əlavə və dəyişikliklərlə bağlı iki protokoldan da çıxıb.