İngiltərə kralı III Çarlz ona xərçəng diaqnozu qoyulmasından sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, kral Çarlz "Macmillan" Xərçəng Araşdırma Mərkəzində tədbirində qatılıb.
Mərkəz işçiləri və Kraliça Kamilla ilə birlikdə xəstəxanaya gələn Kral Çarlz xərçəngin müalicəsində və araşdırmalarında istifadə edilən yeni texnologiyaları təqdim edib.
"Macmillan" Xərçəng Araşdırmaları Fondunun da himayədarı olan Kral Çarlz orada müalicə alan digər xəstələrlə də görüşüb.
Bukinqem sarayının açıqlamasında bilirib ki, həkimlər kralın müalicəsinin gedişatından razıldır. Qeyd olunub ki, bu səbəbdən o, az sayda ictimai proqramlara qatıla biləcək.
Xatırladaq ki, Kral Çarlzın yanvarın 26-da prostat böyüməsi ilə bağlı müalicə alacağı və bu səbəbdən bir müddət ictimai proqramlarda iştirak edə bilməyəcəyi açıqlanıb. Lakin fevralın 5-də aparılan müayinələr nəticəsində kralın xərçəng xəstəliyinə tutulduğu açıqlanıb və xərçəngin növü ilə bağlı məlumat verilməyib.
Saray bu dəfə yaydığı məlumatda spekulyasiyaların qarşısını almaq üçün Çarlzın prostat xərçəngi olmadığını elan edib.
O vaxtdan bəri kral yalnız Pasxa bayramı kimi xüsusi günlərdə və ya rəsmi proqramlarda çıxış edib, lakin heç bir ictimai tədbirə qatılmayıb.
Onu da əlavə edək ki, III Çarlzın gəlini Keyt Midlton da xərçəng xəstəliyindən əziyyət çəkir.
Billurə Yunus