• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

ABŞ və Britaniya Yəməndə husilərin hədəflərinə növbəti zərbə endirib



ABŞ-nin və Böyük Britaniyanın silahlı qüvvələri husilərin “Ənsar Allah” hərəkatının nəzarətində olan Yəmənin Əl-Hodeydə əyalətinə yeni zərbə endirib.

“Ölkə.az” xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Onun məlumatına görə, Əs-Salif sahil bölgəsindəki Ras-İsa limanının ətrafı hücuma məruz qalıb. Telekanal bu hücumun hansı nəticələrə səbəb olduğunu açıqlamayıb.

Qeyd edək ki, Qəzza zolağında münaqişənin alovlanmasından sonra “Ənsar Allah” İsrail ərazisinə hücum etməklə Qəzzada əməliyyat dayandırılanadək İsraillə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab-əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəyi ilə hədələyib. Ötən il noyabrın ortalarından husilər Qırmızı dəniz və Ədən körfəzində mülki gəmilərə hücum edir. Aprelin 25-də onların lideri Abdel Malek əl-Husi bildirib ki, “Ənsar Allah” artıq ümumilikdə 102 gəmiyə həmlə edib.

Husilərin hərəkətlərinə cavab olaraq, Vaşinqton Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək və gəmiləri qorumaq üçün beynəlxalq koalisiya yaradıldığını və “Prosperity Guardian” əməliyyatına başladığını elan edib. Yanvarın 12-dən Britaniyanın və ABŞ-nin silahlı qüvvələri mütəmadi olaraq Yəmənin müxtəlif əyalətlərində üsyançıların hərbi obyektlərinə hücumlar etməyə başlayıb.

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.028743028640747