• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Azərbaycanda daha bir bank bağlanır? - Baş bankirdən açıqlama



Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov “Naxçıvan Bank”ın maliyyə vəziyyəti ilə bağlı məsələyə aydınlıq gətirib.

“Ölkə.Az” xəbər verir ki, bir müddət əvvəl mətbuatda “Naxçıvan Bank”ın çətin vəziyyəti düşməsi, bağlanmağa doğru getməsi ilə bağlı xəbərlər dərc olunmuş, bank nümayəndəsi xəbərləri təsdiqləmişdi. 

APA-nın məlumatına görə, Mərkəzi Bank sədri isə hər hansı maliyyə probleminin olmadığını deyib:

“Balansı çox keyfiyyətlidir, maliyyə dayanıqlılığı ilə bağlı hər hansı problem yoxdur. Bankın kredit portfelinin bir hissəsi “Kapital Bank”a satılıb. Bankın fəaliyyəti ilə bağlı səhmdarlar tərəfindən qərar veriləcək. Bankın fəaliyyətini necə davam etdirəcəyi və ya BOKT-a çevriləcəyi səhmdarların qərarından asılı olacaq. Amma bunun ümumi maliyyə sabitliyinə hər hansı təsiri yoxdur. Bankın əmanətçilərinin sayı digər banklara nisbətən çox aşağıdır", - deyə AMB sədri əlavə edib.

 

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.017621994018555