İran tərəfindən saxlanılan “MCS Aries” gəmisinin heyəti sərbəst buraxılıb.
"Ölkə.az" xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian estoniyalı həmkarı Marqus Tsahkna ilə danışıqlar zamanı deyib.
Müvafiq məlumat İranın Xarici İşlər Nazirliyinin rəsmi “Telegram” səhifəsində yer alıb.
Nazir qeyd edib ki, İranın ərazi sularında radarı söndürən və dəniz gəmiçiliyinin təhlükəsizliyini təhlükəyə atan gəmiyə məhkəmə qaydası ilə həbs qoyulub.
“Lakin İran humanizm prinsiplərini əsas tutaraq bütün heyəti azad edib və gəmi kapitanının müşayiəti ilə onlar öz ölkələrinə, o cümlədən Estoniyaya qayıda bilərlər”, - Abdullahian bildirib.