HƏMAS qruplşması ilə İsrail arasındakı silahlı qarşıdurma zamanı ciddi ziyan dəymiş Qəzza zolağının bərpası üçün 30-40 milyard ABŞ dolları lazımdır.
"Ölkə.az" xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının ərəb ölkələri üzrə regional bürosunun direktoru Abdulla əd-Dərdari bildirib.
“BMT İnkişaf Proqramının ilkin hesablamaları göstərir ki, Qəzza zolağının bərpa edilməsi üçün 30 milyard ABŞ dollarından çox vəsait tələb olunacaq və bu məbləğ 40 milyard dollara da çata bilər”, - o deyib.
Əd-Dərdarinin sözlərinə görə, dağıntıların miqyası böyük və misli görünməmişdir.
“Dünya ictimaiyyəti İkinci Dünya Müharibəsindən sonra heç vaxt bu miqyasda bir şeylə qarşılaşmayıb”, - o vurğulayıb.