• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Kakao paxlasının qiyməti kəskin ucuzlaşdı - SƏBƏB



Bu həftə dünyanın aparıcı əmtəə birjalarında kakao paxlasının qiymətində ciddi eniş baş verib.

"Ölkə.az" xəbər verir ki, bu barədə Cənubi Afrikanın SABC radiostansiyası məlumat yayıb.

Qeyd olunur ki, mayın 2-də günün ortasında iyulda çatdırılma ilə nəzərdə tutulan bir ton kakao paxlasının qiyməti Nyu Yorkda birjasında bir gecədə 6,3 % ucuzlaşaraq 7 760 ABŞ dolları təşkil edib. Bu, son 7 həftənin ən aşağı qiymətidir.

Mütəxəssislər qeyd edirlər ki, qiymətlərin aşağı düşməsi bazarın likvidliyinin əhəmiyyətli hissəsinin itirilməsi ilə bağlıdır, çünki bir çox treyderlər kakao paxlasının baha olması səbəbindən onun alışını dayandırıblar. Belə ki, aprelin 19-da Nyu Yorkda bir tonu üçün 11 878 ABŞ dolları verilən kakao paxlasının qiymətində tarixi maksimum qeydə alınıb. Bu ilin əvvəlindən qiymət artımı 150 % təşkil edib.

Ekspertlərin fikrincə, indi bir çox şirkətlərin kakao paxlasının alışını dayandırması səbəbindən onun qiymətinin azalması prosesi başlayıb. Eyni zamanda, son həftələrdə davamlı qiymət artımlarına böyük “stavkalar” edən və indi mövqelərinin likvidasiyası ilə üzləşən möhtəkirlər də çətinliklərlə üzləşiblər.

Qeyd edək ki dünyanın ən böyük kakao paxlası istehsalçıları Kot-d'İvuar və Qanadır. Bu il hər iki Afrika ölkəsində məhsuldarlıq əlverişsiz iqlim şəraiti ilə gözlənilən səviyyədə olmayıb. Üstəlik, Qanada bütün kakao ağaclarının demək olar beşdə biri virusun yaratdığı xəstəlikdən əziyyət çəkir.

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.019979953765869