• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

45 yaşlı layihə yenidən gündəmdə - Avropa ilə Afrikanı birləşdirəcək sualtı tunel



İlk dəfə İspaniya və Mərakeşi birləşdirəcək dəmir yolu tunelinin tikintisi ideyası hələ 1979-cu ildə müzakirə olunmağa başlayıb, lakin heç vaxt baş tutmayıb. İndi İspaniya hakimiyyəti bu planı fəal şəkildə təbliğ etməyə start verib. Bunun üçün sualtı tunel tikmək lazımdır.

"Ölkə.az" xəbər verir ki, layihə reallaşarsa, çox güman Mərakeş, İspaniya və Portuqaliyanın birgə keçirəcəyi 2030-cu ildə dünya çempionatına qədər tikiləcək.

Hazırda İspaniyanın paytaxtı Madrid ilə Mərakeşin Tanjer şəhəri arasında uçuş bir saat yarım, bərə keçidi ilə səyahət isə 9 saat çəkir.

Əgər Cəbəllütariq boğazı tuneli Tanjerdən 300 kilometr cənubda yerləşən Madrid və Kasablankada dayanacaqlarla iki ölkə arasında yeni bir dəmir yolu əlaqəsi açsa, bütün qatar səyahəti çox güman 5,5 saat çəkəcək və daha yaşıl bir səyahət variantı olacaq.

Layihə həyata keçirilərsə, tunelin uzunluğu 27,6 km olacaq və onun marşrutu Tarifanın (İspaniya) Punta Paloma şəhərindən Tanjerin (Mərakeş) Punta Malabat şəhərinə qədər uzanacaq.

İlkin hesablamalara görə, onun tikintisi milyardlarla avroya başa gələ bilər, ona görə də indi tərəflər bundan iqtisadi səmərəni qiymətləndirirlər. Layihənin tamamlanmasının 5 il çəkəcəyi gözlənilir. Bu da o deməkdir ki, 2030-cu il futbol çempionatına hazır ola bilər.(qaynarinfo)

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.023895025253296