Şimali Koreyalı 30 yaşlı qaçqın Yeonmi Park bu ölkənin lideri Kim Çen In haqqında şok iddialarla çıxış edib.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, 2007-c ildə Şimali Koreyadan qaçan və hazırda ABŞ-də yaşayan Yeonmi Kim Çen Inın hər il "zövq komandası" üçün 25 bakirə qız seçdiyini deyib.
İddiaya görə, Şimali Koreya liderinə qız tapmaq üçün məktəblərin həyətlərinə də baxış keçirilir.
Seçilən qızların siyasi vəziyyətlərinə baxıldığı, ciddi sağlamlıq yoxlamalarından keçirildiyi bildirilib:
"Növbəti addım onların bakirə olduğuna əmin olmaq üçün tibbi müayinədən keçməkdir. Bu testdən keçən namizədlər daha ətraflı tibbi müayinədən keçirilir və bədənin hər hansı bir yerində kiçik çapıq kimi ən kiçik qüsur belə diskvalifikasiya üçün əsasdır.
Şimali Koreyadan qaçan ailə üzvləri olan, Cənubi Koreyada və ya başqa ölkələrdə qohumları olan qızları aradan götürürlər", - deyə Y.Park əlavə edib.
Qeyd olunub ki, Kim Çendən əvvəlki lider Kim Çen İr gənc qızlarla cinsi yaxınlığın ona ölümsüzlük gətirəcəyinə inanıb. O, 2011-ci ildə 70 yaşında ürəktutmasından vəfat edib.
Billurə