• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Samir Şərifov: Hökumət AİB-dən vəsait cəlb edə bilər



Asiya İnkişaf Bankından dəmir yolu nəqliyyatı infrastrukturunun təkmilləşdirilməsi, rəqəmsallaşdırılması və bu proseslərin idarə olunması üçün müəyyən layihələrdən ötrü maliyyə vəsaitlərinin cəlb edilməsi gözlənilir.

"Ölkə.az" xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov AİB-in Gürcüstanın paytaxtı Tbilisidə keçirilən illik iclası çərçivəsində “Report”un sualını cavablandırarkən bankla 2024-2028-ci illər üçün yeni tərəfdaşlıq strategiyasını şərh edərkən deyib.

“Azərbaycan və AİB arasında həyata keçirilən layihələr bir sıra sektorları əhatə edir. Bunlara ictimai nəqliyyat və infrastruktur layihələri daxildir”, - nazir bildirib.

S.Şərifov Trans-Adriatik qaz kəmərinin genişləndirilməsi layihəsinin gedişatından da danışıb: “Biz bir dövlət olaraq bu qaz kəmərinin genişləndirilməsi istiqamətində vəsait cəlb etmək üçün danışıqlarda o qədər də fəal iştirak etmirik. Zəngin səhmdarlar layihə üzərində işləyir və onlar hökumətin iştirakı olmadan lazımi vəsaiti özləri toplaya biləcəklər".

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
1.7699840068817