• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Qazaxıstanda ekstremizmdə şübhəli bilinənlər saxlanılıb



Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) əməkdaşları ekstremist fəaliyyətdə şübhəli bilinən üç ölkə vətəndaşını saxlayıb.

“Ölkə.az” xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, mayın 2-3-də Astana və Pavlodar şəhərlərində Milli Təhlükəsizlik Komitəsi Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq və prokurorluqla razılaşdırmaqla üç Qazaxıstan vətəndaşını saxlayıb.

Onlar terrorizmi təbliğ etməkdə və ölkə ərazisində qadağan olunmuş dini ekstremist təşkilatın fəaliyyətində iştirakda şübhəli bilinirlər.

Axtarışlar zamanı şübhəlilərdən dini ədəbiyyat və digər maddi sübutlar götürülüb.

Şübhəlilər əvvəllər adi və ekstremist cinayətlər törətməkdə təqsirli biliniblər.

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.033944129943848