• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

AB-nin Qırmızı dənizdə gəmisi çatmır: Komandan çağırış etdi



AB-nin Qırmızı dənizdəki “Aspides” hərbi-dəniz əməliyyatının komandanı Vasilios Qriparis xəbərdarlıq edib ki, missiyanı həyata keçirmək üçün gəmi çatışmır.

Axar.az xəbər verir ki, bu barədə “Der Spiegel” mənbələrinə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, Qriparis bununla bağlı ötən həftə Brüsselə rəsmi məlumat göndərib.

“Onun sözlərinə görə, "Hessen" freqatının Almaniyaya geri qayıtmasından sonra sərəncamında üç gəmi qalıb. Onların köməyi ilə gündə yalnız dörd ticarət gəmisi Bab əl-Məndəb boğazından keçə bilər. Qriparis bildirib ki, missiyanı effektiv şəkildə yerinə yetirmək üçün 10 gəmi lazımdır”, - nəşr bildirib.

ƏN ÇOX OXUNANLAR

0.22949504852295