“Azərbaycan son vaxtlara qədər postsovet məkanında ağlasığmaz görünən bir işi bacardı. Bakı Rusiya sülhməramlılarının Qarabağdan tezliklə çıxarılmasına nail olmaqla yanaşı, həm də bu prosesi İlham Əliyevin (Azərbaycan Prezidenti) Moskvaya qeyri-adi isti atmosferdə baş tutan səfəri ilə müşayiət olundu”.
Ölkə.Az xəbər verir ki, bu barədə Amerikanın nüfuzlu analitik mərkəzi "Carnegie" yazır.
Nəşr hesab edir ki, Rusiya və Azərbaycanın bu nümayişkaranə yaxınlığı heç də o demək deyil ki, onlar indi yaxın müttəfiqdirlər və Bakı Moskvaya qarşılıqlı güzəştə getməyə hazırdır: “Daha doğrusu, Kreml Qarabağ məsələsinin bağlandığını anladı və qaliblə münasibətləri korlamamağa qərar verdi. Bakı isə indi İrəvanla birbaşa dialoq qurur və indiyə qədər bu, kifayət qədər effektiv olub”.