• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Onlar kilsənin əli ilə Paşinyanı devirmək istəyirlər - AÇIQLAMA



"Ümumiyyət, Ermənistan müstəqil şəkildə daxili və xarici siyasət yürütmək qabiliyyətinə malik olmayıb. Ona görə də bir sıra məqamlarda Ermənistan xarici və daxili siyasətində uydurma soyqırımı, Qarabağ məsələsindən və kilsədən istifadə ediblər. Paşinyan hakimiyyətə gəldikdən sonra kilsə və diasporanı baş verən proseslərdən kənarda saxladı. Soyqırımı məsələsindən yayınmağa çalışdı. 

Ermənistanla Azərbaycan sərhədində demarkasiya və delimitasiya prosesi başladığı bir dövrdə kilsənin aktivləşərək ortaya çıxması heç də təsadüfi hal deyil. Bunun arxasında duran qüvvələr var. Onlar kilsə ilə diasporadan istifadə etməklə Paşinyan hakimiyyətini devirmək istəyirlər".

Bunu  Ölkə.Az-a açıqlamasında Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev son günlərdə Ermənistanda sərhədlərin dmarkasiyası prosesindən sonra yaranan durumu şərh edərkən deyib.

Kilsə və diasporanı irəli verib arxasında duran qüvvələr haqqında mövqeyini açıqlayan deputat bildirib ki, bunun arxasında dayanan "Qarabağ klanı"nın rəhbərlərindən olan Robert Köçəryanla Serj Sarqsyandır. "Bir də onların arxasındakı havadar ölkələrdir. Onlar indiyədək bir neçə dəfə Paşinyan hakimiyyətini devirməyə cəhd etsələr də, iflasa uğrayıblar. Ona görə də onlar bu dəfə tamamilə yeni taktikaya əl ataraq kilsə və diasporanı irəli verməklə niyyətlərinə nail olmaq istəyirlər. Bu yolla onlar həm sərhədlərin demarkasiya və delimitasiyasına, həm sülh prosesini əngəlləməyə, həm də Ermənistanda hakimiyyət çevrilişinə çalışırlar", - deputat bildirib.

Deputat bildirib ki, məqsəd də aydındır: "Köçəryan, Sarqsyan və digərləri yaxşı anlayır ki, sülh olarsa onlar ədalət məhkəməsinə cəlb olunacaqlar və bundan yaxasını qurtara bilməyəcəklər. Çünki onlar nəinki Azərbaycana, o cümlədən ermənilərə qarşı elə dəhşətli cinayətlər törədiblər. Bu yolla onlar Ermənistanda gərginlik yaratmağa çalışırlar. Əsas məqsəd bundan ibarətdir. Paşinyan da onların niyyətini bilir və buna adekvat siyasətini həyata keçirir. Onun əsas məqsədi sərhədlərin demarkasiyası, delimitasiyası və danışıqlar prosesini sürtələndirməklə tez bir zamanda sülh sazişi imzalamaqdır. Sülh sazişini imzalayan Paşinyan Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurub kommunikasiyaların açılmasına çalışır. Paşinyana müxalif gücləri razı salmadığından onlar ən müxtəlif vasitələrdən, həmçinin kilsə və diasporanın imkanlarından faydalanmaqla bölgədə sülhə əngəl olub siyasi varlıqlarını davam etdirmək istəyirlər. Amma bunun da sonu olmayacaq. Azərbaycanla sülhün uzanmasına çalışanlar bilməlidirlər ki, məsuliyyətdən yaxa qurtara bilməyəcəklər. Onlar da gec-tez Bakıda məhbəslərdə olan separatçı həmkarları kimi məsuliyyətə cəlb olunub ədalət məhkəməsi qarşısında cavab verməli olacaqlar".

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
1.0881099700928