"Əminəm ki, Ermənistan xalqı hər şeyi çox gözəl başa düşür və xalq sərhədlərin delimitasiyası prosesinə inanır. Ermənistan sülh şəraitində yaşamalıdır, müharibə istəmir. Keçmişi geri qaytarmaq niyyətində deyil. Dünyəvi dövlətçilik yolundan geri çəkməyəcəklər. Kilsənin bəzi üzvlərini siyasi fiqurlar kimi qəbul etməyəcəklər və bu qəbuledilməzdir”.
Ölkə.Az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
Ermənistandakı kilsə nümayəndələrinin iştirakı ilə başlanan etiraz aksiyasına gəldikdə Simonyan bildirib ki, bunun arxasında Serj Sarqsyan, Robert Köçəryan, Vazgen Mnaukyan, Artur Vanersyan, marionet Miqran Poqosyan və digərləri dayanır. "Onlar rolları dəyişərək müxtəlif aktorlardan istifadə edərək, başqa formada meydanda peyda olmağa çalışırlar", - o qeyd edib.
Mürtəza
Ölkə.Az