• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Fransa səfirinin Rusiya XİN-ə çağırılmasının səbəbi məlum oldu



Fransa səfirinin Rusiya Xarici İşlər Nazirliyinə çağırılmasının səbəbi məlum olub.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, səfir Parisin təxribatçı bəyanatları və Ukraynadakı müharibədə artan iştirakı ilə əlaqədar çağırılıb.

Fransa səfirinə bildirilib ki, Rusiya Parisin müharibənin daha da genişlənməsinə səbəb olan dağıdıcı və təxribatçı xəttini qəti şəkildə qınayır.

Qeyd edək ki, Fransa XİN ölkəsinin qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı yayılan xəbərləri əsassız adlandırıb və Ukraynaya hərbçi göndərilmədiyini bildirib.

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.042033910751343