Türkiyənin Mərkəzi Seçki Komissiyası (MSK) martın 31-də respublikada yerli hakimiyyət orqanlarına keçirilən seçkinin yekun nəticələrini açıqlayıb.
MSK-nin rəhbəri Ahmet Yenerin jurnalistlərə verdiyi məlumata görə, əvvəllər açıqlanan nəticələrlə müqayisədə ciddi dəyişiklik yoxdur.
Onun sözlərinə görə, seçkidə 57,7 milyon Türkiyə vətəndaşı iştirak edib, seçici fəallığı 78,1 faiz təşkil edib.
“Səsvermə sakit şəraitdə keçib, onun nəticələrinə təsir edəcək ciddi pozuntular qeydə alınmayıb”, - deyə Yener bildirib.
O qeyd edib ki, müəyyən edilmiş qanun pozuntularına görə bəzi yerlərdə iyunun 2-də yerli hakimiyyət orqanlarına təkrar seçki keçiriləcək.
Qeyd edək ki, Türkiyədə keçirilən bələdiyyə seçkisində 30 böyük şəhərin bələdiyyə sədri, bələdiyyə və yerli özünüidarəetmə orqanlarının başçıları seçilib. Ana müxalifətdə olan CHP 37,77% səs toplayaraq 14 şəhərdə bələdiyyə seçkisində qalib gəlib. “Hakim Ədalət və İnkişaf Partiyası” 12 böyük şəhərin bələdiyyə başçısı postunu qazanıb, 35,49% səs toplayıb və 2002-ci ildən bəri hakimiyyətdə olduğu müddətdə ilk dəfə seçkidə uduzub.